Pelenin Barak Obama üzərindəki qələbəsini azərbaycanlı nazir də gördü
03.10.2009 - 11:05
2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının Braziliyada keçirilməsi haqda qərar “futbol kralı” Peleni ABŞ prezidenti Barak Obama üzərində qələbəsinə səbəb oldu. Apasport.az saytının məlumatına görə, Pele bundan az öncə Olimpiada-2016-nın vətənində, namizədliyini verdiyi Rio-de-Janeyro şəhərində keçiriləcəyi haqda proqnoz verdiyi halda, Obama bunun Çikaqoda keçiriləcəyini deyirdi.
Ancaq dünən Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci sessiyasında Pelenin proqnozu doğruldu. Obamanın canfəşanlığı isə qayınatasının Çikaqodan olması ilə bağlı imiş. Toplantıda iştirak edən ABŞ prezidentinin xanımı Mişel Obama çıxışında buna işarə vurub: “Mən 2016-cı ildəki Olimpiya Oyunlarının Çikaqoya verilməsini təkcə amerikalı yox, həm də bir övlad kimi xahiş edirəm. Olimpiada atamın doğma şəhərində keçirilərsə, atam bununla bağlı fəxr edəcək”.
Tədbirdə xanımı ilə birgə iştirak edən Barak Obama seçimdən nə qədər təəssüflənsə də, hər halda, Vaşinqtona qayıdarkən Rio-de-Janeyronun, Braziliya xalqını qələbə münasibəti ilə təbrik edib, bunu sözün əsl mənasında tarixi uğur kimi qiymətləndirib. Axı Olimpiada tarixində ilk dəfə Cənubi Amerikada keçiriləcək.
Kopenhagendə keçirilən BOK-un 121-ci Olimpiya Sessiyasında, XIII Olimpiya Konqresində Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov da iştirak edib. Rəhimov Pelenin və onun həmvətənlərinin tarixi qələbəsinə şahidlik edib. Paytaxtımız Bakının da namizədliyini verdiyi 2016-cı Yay Olimpiya Oyunlarını keçirməyə qalan son iddiaçılar Rio-de-Janeyro və Çikaqo ilə yanaşı, Tokio və Madrid idi.
İspaniya paytaxtına dəstək kompaniyasında Kriştiano Ronaldo, Raul, Fernando Alonso, Useyn Bolt kimi tanınmış idmançılar yer alıbmış.

0
0