Hans-Peter Zauq: Fikrimcə, Azərbaycan 2:0 hesabı ilə qalib gələcək
03.10.2009 - 11:37
Yığmamız oktyabrın 10-da DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Lixtenşteynə qarşı növbəti matçına çıxacaq. Baş tutacaq qarşılaşma bizim üçün bir çox cəhətdən maraqlıdır. Yığmamız qələbə qazanacağı təqdirdə, bu cari tsikldə ilk 3 xalımız olacaqsa, məğlubiyyət Berti Foqtsun "kreslo"sunu əməlli-başlı laxladacaq. Elə bu üzdən almaniyalı baş məşqçinin başçılığı altında milli oyunçuları Frankfurtda ciddi hazırlıq keçir. Rəqib düşərgədə isə problemlər bitmək bilmir. Bir neçə əsas oyunçusunun xidmətindən məhrum olan "cırtdanlar" son günlər baş məşqçiləri Hans-Peter Zauqu da itirmək təhlükəsi ilə üzləşib. Yayılan xəbərlərin nə dərəcədə düzgün olub-olmadığını və rəqibin matça necə hazırlaşdığını öyrənmək məqsədi ilə dünən almaniyalı çalışdırıcı ilə əlaqə saxladıq.
- Cənab Hans-Peter, Azərbaycanla oyunun hazırlıqlarına başlamısınız?
- Xeyr, bildiyiniz kimi, yetirmələrimin əksəri İsveçrə çempionatında top qovur. Həftəsonu onların klublarının heyətində oyunları olduğundan yalnız ayın 6-dan etibarən sərəncamımda olacaqlar.
- Bildiyimizə görə, heyətdə yetərincə itkilər var.
- (təəssüflənir) Azərbaycana qarşı Martin və Mihael Ştoklaza qardaşları, Mario Frik, Martin Polverino və Martin Büşelin xidmətindən məhrumuq. Ştoklazalar zədə, digərləri isə cəza ilə bağlı qarşıdakı oyunda meydana çıxa bilməyəcək. Həmin futbolçular yığmanın ən vacib oyunçularıdı ki, belə qarşılaşma ərəfəsində onları itirməyimiz heç yerinə düşmədi.
- Düşünmək olarmı ki, əsas oyunçuların yoxluğunda Azərbaycan millisi rahat qələbə qazanacaq?
- Adıçəkilən futbolçular yığmanın heyətində ən çox oyun keçirənlərdi. Təcrübələrinə də söz ola bilməz. Ancaq şans verəcəyim digər gənclər də özlərini sübut etməyə çalışacaqlar. Onlar yaxşı dərk edir ki, rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq əsas şərtdi.
- Cəzalı və zədəlilərin əvəzinə heyətə cəlb etdiklərinizlə daha öncədən tanışlığınız vardı?
- Hazırkı durum ürəkaçan deyil. Yeni dəvət olunanlar U-21-də çıxış edənlərdi. Hətta ikisi həvəskar futbol oynayır. Nə edə bilərəm? Burda az sayda futbolçu yetişir. Ən yaxşılarını heyətə cəlb etməyə çalışdım.
- Yəqin ki, çox sayda itkiləri nəzərə alaraq millimizə qarşı müdafiədən oynayıb, əks-hücumlara üstünlük verəcəksiz.
- Düzdü, əsas fikri top buraxmamağa yönəldəcəyik. Lakin bu, o anlama gəlməməlidir ki, qorxaq futbol sərgiləyəcəyik. Əlbəttə, fürsət düşdükcə qol vurmaq əsas şərtdir. Finlandiya ilə qarşılaşmada hakim son dəqiqələrdə yüz faizlik penaltimizi versəydi, indi hesabımızda bir qələbə olardı. Demək istəyirəm ki, yetirmələrim heç kimdən çəkinmir.
- Nəzərə alaq ki, finlərə qarşı çıxış edənlərin əksəri bu dəfə meydanda olmayacaq.
- Nə demək istədiyinizi anlayıram. Ancaq əmin olun ki, 11 nəfərlə cərimə meydançasına toplaşmaq fikrimiz yoxdur.
- Son günlər mətbuatda "Arau" klubundan dəvət aldığınızı, hətta bizimlə matçda yetirmələrinizin başsız qala biləcəyi haqda xəbərlər dolaşır.
- Hazırda bu haqda danışmaq istəmirəm. Bunlar sonranın söhbətidir. Yalnız bir şey dəqiqdir ki, Azərbaycanla qarşılaşmada Lixtenşteynin baş məşqçisi mən olacam. Düzü, bu heyətlə bir müddət çalışmaq istəyirəm. Çünki yetirmələrim günü-gündən inkişaf edir. Görək də necə olur.
- Azərbaycan millisinin sizinlə matç ərəfəsində harda hazırlıq keçməsindən xəbərdarsız?
- Məgər onlar təlim-məşq toplanışındadır?
- Bəli.
- Düzünü desəm, məlumatsızam. Hardadılar ki?
- Frankfurtda. Oktyabrın 6-da isə Sankt Qallenə yollanacaqlar.
- Deməli, onlar bizimlə görüşə ciddi hazırlaşırlar. Belə olacağını öncədən təxmin etmişdim. Azərbaycanla matç çox çətin olacaq. Görünür, heç-heçə etsək, bu bizim üçün böyük uğur sayılacaq.
- Berti Foqtsun yetirmələrinin Almaniya və Finlandiyaya qarşı keçirdikləri son oyunları izləmisiniz?
- Əlbəttə. Son 3 qarşılaşmanın disklərinə baxmışam.
- Necə düşünürsünüz, ötənilki Azərbaycan yığması ilə indiki arasında fərq varmı?
- Onsuz da ötən il Bakıda 0:0 hesabı qeydə alınan qarşılaşmada rəqib bizdən qat-qat üstün oyun nümayiş etdirmişdi. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Almaniya və Finlandiya ilə qarşılaşmalarda da başabaş mübarizə aparıblar. Xüsusilə ayrı-ayrı futbolçuların fərdi ustalığı diqqətimi çəkdi. Top onlarda olanda təhlükəli olurlar. Əvvəllər çoxluqla müdafiə olunub, qapının toxunulmazlığının qeydinə qalırdılarsa, indi komanda şəklində hücum etməyi də bacarırlar. Finlandiya ilə son matçda sizinkilər hesabı açdıqdan sonra iki yüz faizli qol şansını qaçırdılar. Görünür, bir az da ustalıq və soyuqqanlıq çatmır.
- Mətbuata açıqlamanızda nə olursa-olsun, Azərbaycanla oyunda qalib gələcəyinizi demişdiniz. Maraqlıdır, fikrinizi dəyişməmisiz ki?
- Hər bir məşqçi komandasının qələbə qazanmasını istəyir. Mən də belə demişəm. Qaldı ki Azərbaycanla qarşılaşmaya, bu görüş bizim üçün çətin olacaq. Rəqibin heyətindəki oyunçularla bizimkiləri müqayisə etsək, fərqi görərsiz. Fikrimcə, azərbaycanlı futbolçuların qarşısını almaq bir qədər çətin olacaq. Ola bilsin, heç-heçə etdik.
- Bəlkə vacib qarşılaşma ərəfəsində siyasi gedişə əl atırsız? Özünüzü zəif göstərib, rəqib futbolçularda arxayınlıq yaratmağa çalışırsız?
- (gülür) Bilsəm ki, rəqib oyunçular matça mənim dediklərim əsasında hazırlaşacaqlar, o zaman yetirmələrimi daha da aşağılayardım. Düzdü, xidmətindən məhrum olduğum futbolçular sərəncamımda olsaydı, indi yüz faiz qələbədən danışardım. Millinizə qarşı oyunda yetirmələrimin hansı səviyyədə olduğunu görəcəksiz.
- Xəbəriniz varmı ki, sizə qarşı oyunda Azərbaycan millisinin növbəti məğlubiyyəti həmyerliniz Berti Foqtsun postundan getməsiylə nəticələnə bilər?
- Mən də elə düşünürəm. Əlbəttə, yaradılan şəraitin qarşılığında bir qələbə belə qazana bilməmək böyük problemdi. Yəqin özü də bu haqda ciddi fikirləşib.
- Bəlkə həmyerlinizin postunda qalmasına görə ona qələbə hədiyyə edəsiz?
- Bu haqda, ümumiyyətlə, düşünmürəm. O öz işini davam etdirmək istədiyi kimi, mən də çəkdiyim əziyyətin bəhrəsini görməyə çalışıram. Azərbaycanla oyunda yenilsək belə, bu Bertiyə hədiyyə olmayacaq. Yaxud biz onları məğlub etsək və onu postundan uzaqlaşdırsalar, bu mənim günahım sayılmamalıdı. Bu haqda daha öncədən düşünmək lazım idi.
- Məlum qarşılaşma ərəfəsində Foqtsa telefon danışığınız olubmu?
- Xeyr, xeyr. Sizi əmin edirəm ki, bizim ilk görüşümüz matçdan bir saat öncə olacaq. Ona nəyə görə zəng vurmalıyam ki?
- Sonda oyun haqda proqnoz verməyinizi istərdik?
- Təbii ki, mənim üçün heç-heçə etmək böyük uğur olardı. Ancaq real danışsaq, sizinkilər qarşılaşmanın favoritidir. Fikrimcə, Azərbaycan 2:0 hesabı ilə qalib gələcək. Əsl hesab isə oyundan sonra bilinəcək.
Mənbə: “Futbol+” qəzeti

0
0