Azərbaycan futbolunda növbəti qalmaqal
04.10.2009 - 14:41
Azərbaycan futbolunda növbəti qalmaqal
Azərbaycan futbolunda növbəti qalmaqal yaşanıb. Apasport.az saytının xəbərinə görə, insident I divizion komandaları arasında keçirilən ölkə birinciliyinin IV turunda qeydə alınıb.

Belə ki, “Gəncə” – MKT “Araz” matçının sonlarında azarkeşlər tribunadan qonaq komandanın məşqçi və ehtiyat oyunçularını daşa basıblar. “Basqına” məruz qalanlar meydana çıxıb və bu səbəbdən görüşün baş hakimi oyunu dayandırıb. Polisin müdaxiləsindən sonra yerli azarkeşləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, oyunda qalib müəyyənləşməyib - 0:0.