Azərbaycan çempionu UEFA kubokunda qrup qalibi oldu
04.10.2009 - 20:17
Azərbaycan çempionu UEFA kubokunda qrup qalibi oldu
Xorvatiyanın Pula şəhərində futzal üzrə UEFA kubokunun ikinci seçmə mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Araz” mübarizə apardığı V qrupun lideri olub. Komandamız sonuncu oyunda yerli “Potpiçan”la üz-üzə gəlib və qarşılaşmada qalib müəyyənləşməyib – 4:4.

Futzalçılarımız ilk iki oyunlunda müvafiq olaraq Kiprin “Omoniya” (4:1) və Serbiyanın “Kolubara” (4:0) komandalarını məğlubiyyətə uğratmışdı.

Əsasnaməyə görə, qruplarda ilk iki yeri tutanlar növbəti mərhələyə vəsiqə qazanıb. V qrupdan komandamızla yanaşı, Xorvatiya təmsilçisi də mübarizəni davam etdirir.

Növbəti mərhələnin püşkü oktyabrın 13-də atılacaq.