“Qalatasaray” uduzdu, azarkeşlər qan tökdü
04.10.2009 - 21:26
Türkiyə Superliqasının bu gün keçirilən “Ankaragücü” – “Qalatasaray” matçından sonra insident yaranıb. Apasport.az saytının “Sabah” qəzetinə istinadən xəbərinə görə, qarşılaşma başa çatınca azarkeşlər arasında qalmaqal baş verib. Onlar oturacaqları sökərək bir-birinə atıblar ki, bəzi fanatlar xəsarət alıb. Hətta onların arasında yaralı olduğu bildirilir.
0
0