Yığmamız “Konyaspor”a qalib gəldi
05.10.2009 - 09:39
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşlılardan ibarət yığması (U-19) növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssis Bernard Lippertin çalışdırdığı komanda Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində yerli “Konyaspor” klubunun əvəzedici heyəti ilə üz-üzə gəlib.
Ötən mövsüm Superliqada yerini qoruya bilməyən və hazırda Bank Asiya birinci liqasının liderlərindən olan konyalılar milli komandamızla bacarmayıblar. Yığmamız Tural İsgəndərovun vurduğu yeganə qol sayəsində minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-19 Türkiyədəki təlim-məşq toplanışında ilk oyunda Superliqa təmsilçisi “Antalyaspor”un əsas komandasına 1:2 hesabı ilə uduzub.

- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0