“Azərbaycanla oyuna əlavə köklənməyə ehtiyac yoxdur”
05.10.2009 - 10:14
“Azərbaycanla oyuna əlavə köklənməyə ehtiyac yoxdur”
“Düşünürəm ki, hamı Rusiya yığmasının qarşısına hansı vəzifənin qoyulduğunu yaxşı başa düşür. Bizdən sadəcə, final mərhələsinə keçmək tələb olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının qapıçısı Vyaçeslav Malafeyev deyib.

Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən futbolçu oktyabrın 10-da Almaniya və 14-də Azərbaycanla keçiriləcək dünya çempionatının seçmə oyunları ərəfəsində yığmadakı durumu açıqlayıb: “Almaniya və Azərbaycanla görüşlər bütün azarkeşlərdə nəhəng maraq oyadıb. Risk edərək deyə bilərəm ki, futboldan uzaq insanlar da daxil olmaqla, bütün rusiyalılar bu qarşılaşmalar haqda düşünür. Bu səbəbdən də qarşıdakı oyunlar üçün bizim əlavə köklənməyə ehtiyacımız yoxdur. Çünki onsuz da motivasiya var”.