“Qalatasaray”ın baş məşqçisi şoka düşüb
05.10.2009 - 10:21
“Etiraf edim ki, mən şokdayam. Bu qədər çox səhv buraxacağımızı gözləmirdim. Məğlubiyyət bizə dərs olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Frank Raykaard deyib.
Türkiyə Superliqasının son turunda “Ankaragücü”yə qarşı mübarizə aparan “sarı-qırmızılılar” böyük hesabla uduzublar (0:3). Özü də rəqib hər 3 qolu 82-88-ci dəqiqələr arasında vurub. Raykaard məğlubiyyətdə özlərini günahlandırıb: “Qələbə qazanmaq üçün ələ düşən fürsətləri dəyərləndirmək, qol vurmaq vacibdir. Qol buraxdıqdan sonra isə sakit oynamaq lazımdır. Belə matçlardan sonra hisslər çox gərgin olur. Biz bir komandayıq və görüşü də hamımız uduzmuşuq”.
Qeyd edək ki, 8 turdan sonra “Qalatasaray” 19 xalla 2-ci pillədə qərarlaşıb.

0
0