“Muğan”ın legioneri: Droqba ilə rəqabət məndə əlavə stimul yaradır
05.10.2009 - 10:28
Salyanın “Muğan” klubunun legioneri Narcisse Yameoqo Burkina Fasoya yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandasından növbəti dəvət alan futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qvineya Konakri yığması ilə səfər oyununa çağırılıb. Evdə rəqibini böyük hesabla yenən (4:1) Burkina Faso E qrupunda Kot D’İuvar və Malavi ilə də bir yerdə mübarizə aparır. Hazırda qrupunda 2-ci yerdə qərarlaşan yığmanın qarşısında duran minimal vəzifə Afrika Millətlər Kubokuna vəsiqə qazanmaqdır.
Narcisse klubunun rəsmi saytına açıqlamasında milli komandada çıxış etməyi çox məsuliyyətli və şərəfli bir iş adlandırıb: “Uzun müddətdir ki, milliyə çağırılıram və bundan qürur duyuram. Düşünürəm ki, bu istənilən futbolçu üçün çətin sınaq olmaqla bərabər, həm də təcrübə mənbəyidir. Droqba, Keyta, Yaya Ture kimi futbolçularla yaşıl meydanlarda aparılan rəqabət məndə əlavə stimul yaradır. Milli komandamızın mövcud mövqeyi qənaətbəxşdir. Fikrimcə, ev oyununda məğlub etdiyimiz Qvineya Konakri üzərindəki üstünlüyümüzü növbəti oyunda da davam etdirəcəyik. Hər halda, bizim şansımız daha çoxdur”.
Yameoqo növbəti oyunlarla bağlı proqnoz verməyi düzgün saymır: “Son oyunda biz Malavini 1:0 hesabı ilə məğlub etmişdik. Düşünürəm ki, növbəti matçda da onların müqavimətini qıra biləcəyik. Demək istədiyim odur ki, bu komandanın gücünə bələdik.
Lakin bu, futboldur. Oyun haqqında proqnoz söyləmək düzgün olmazdı. Nəticə etibarı ilə üstünlük bizim tərəfimizdədir”.
“Muğan”ın legioneri heyətində ulduz futbolçular yer alan Kot D’İuvar yığmasını xüsusilə fərqləndirib: “Əslində, bütün rəqiblər güclüdür. Lakin Kot D’İuvar xüsusilə yaxşı oyun nümayiş etdirir. Əbəs yerə deyil ki, onlar 12 xalla qrup lideridirlər. Komandada Avropa səviyyəli Yaya Ture, Droqba kimi ulduz futbolçuların olması və heyətin nümayiş etdirdiyi gözəl ustalıq oyuna xüsusi rəng qatır. Bu yaxınlarda qarşılaşacağımız Qvineya Konakri millisi də güclü rəqib sayıla bilər. Baxmayaraq ki, biz onları son oyunda böyük hesabla məğlub etmişik”.
Qeyd edək ki, Narcisse bu yay bosniyalı mütəxəssis Kemal Alispahiçin “Muğan”ın baş məşqçi postuna gəlişindən sonra transfer olunub. Salyan klubu hazırkı lider “Simurq”la eyni xal (10) toplasa da, şəxsi göstəricilərə görə 2-ci pillədə yer alıb.

0
0