Hasan Şaş Azərbaycanı göstərdi
05.10.2009 - 10:37
Avropa Liqasının qrup mərhələsinin ötən həftə keçirilən II turunun oyunları ölkəmizdə də çox sevilən türk klubları üçün fərqli olub. Apasport.az saytının məlumatına görə, öz meydanında qələbəyə həsrət qalan “Qalatasaray”dan fərqli, “Fənərbaxça”nın 3 xal qazanması sabiq “Cim-Bom”luların da diqqətini çəkib.
Əzəli və əbədi rəqibin Moldovada “Şerif”i məğlub etməsi, Türkiyə milli komandasının və “Qalatasaray”ın sabiq futbolçusu Hasan Şaşın növbəti köşə yazısının mövzusu olub. Moldovada qazanılan qələbənin əhəmiyyətini vurğulayan 33 yaşlı futbol veteranı Azərbaycan stadionlarının da durumunu yada salıb: “Moldova, Albaniya, Gürcüstan və Azərbaycan kimi ölkələrdə səfər matçı keçirmək çox ağırdır. Orda meydan və stadionların pis gündə olması, böyük klublarda çıxış edən futbolçular üçün ciddi çətinlik yaradır. Belə vəziyyətdə zədə sarıdan risk edib meydana çıxmağa lazımi konsentrasiya da olmur”.
Qeyd edək ki, Hasan karyerasında cəmi 1 dəfə Azərbaycan stadionlarında meydana çıxıb. O, 2002-ci dünya çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Türkiyə matçının iştirakçısı olub.

0
0