Premyer Liqanın futbolçuları bir qızın həyatını xilas etdilər
05.10.2009 - 10:48
Premyer Liqanın futbolçuları bir qızın həyatını xilas etdilər
İngiltərənin “Hull Siti” klubunun futbolçuları qəhrəmana çevriliblər. Apasport.az saytının məlumatına görə, Premyer Liqada mübarizə aparan komanda intihar etmək istəyən bir qadının həyatını xilas edib.

Belə ki, “Hull Siti” üzvləri “Liverpul”a 1:6 hesabı ilə məğlub olduqdan sonra stresdən qurtulmaq, fikirlərini dağıtmaq məqsədilə şəhər mərkəzinə gəzintiyə çıxıblar. Baş məşqçi Fil Braun və onun yetirmələri şəhərdə gəzərkən, bir qızın özünü “Hamber” körpüsündən çaya atmağa hazırlaşdığını görüblər. Dərhal qıza yaxınlaşan futbolçular onu intihar cəhdindən yayındırmağa nail olublar.

Hadisə barədə Fil Braun bunları deyib: “Əgər biz komanda şəklində qaçsaydıq, bunu edə bilməzdik. Şəhərdə gəzdiyimizə görə, qızı dilə tuta bildik”.