“Neftçi” klubunda o qədər problem var ki...”
05.10.2009 - 11:21
Bakının “Neftçi” klubunun yeni məşqçisi Şakir Qəribovun apasport.az saytına müsahibəsi
- Sizi öncə “Neftçi”nin yeni məşqçisi olmağınız münasibətilə təbrik etmək istərdik. Təyinatla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...
- Hamı məni bu münasibətlə təbrik edir, amma bu təyinatın rəsmiləşməsindən xəbərim yoxdur. Yəni deməyim odur ki, məsələ hələ sənədləşməyib. Yalnız bundan sonra rəsmən “Neftçi”nin məşqçisi olacağam.
- Bəs bu, nə vaxt həllini tapacaq?
- Bu həftənin sonuna kimi məsələ rəsmiləşməlidir.
- İstirahətdən qayıdan “Neftçi”nin bugünkü məşqində iştirak edəcəksiniz?
- Bəli.
- Yeni baş məşqçi Vaqif Sadıqovla elə bu komandada oynadığınızı, uzun bir yerdə çalışdığınızı nəzərə alsaq, bu dəvəti gözləməli idiniz...
- Belə demək olar. O mənada gözləyirdim ki, xeyli müddət, iki ildir işsiz qalmışam. Düzdür, bu müddətdə həvəskarlar federasiyasında çalışsam da, bu, ictimai vəzifə idi. Bu müddətdə AFFA-nın seleksiyaçı məşqçisi kimi çalışmışam. Vaqif müəllimlə uzun müddətdir bir yerdə işləmişik. Milli komandada, “Şəfa” klubunda və müxtəlif yığmalarda çiyin-çiyinə çalışmışıq. Yəni bir-birimizi çox yaxşı tanıyırıq və bir-birimizin işinə yaxından bələdik. Xasiyyətimizdə və iş prosesində uyğunluq var.
- Komandanın oyununda hansı çatışmazlıqları qeyd edə bilərsiniz?
- Əslində, komandanın oyununda çalışmazlıqlar çoxdur. Bunu sadalamağa başlasaq, axşama kimi vaxt uzanar. Bu müddətdə komandadan kənarda olmuşuq. Gərək işində olasan ki, problemlərin nədən yarandığını biləsən.
- Hər halda, sizcə, əsas çatışmazlıqlar nədir?
- Oyun nizam-intizamı, təşkilatçılığında ciddi problemlər var. Bu, futbol mütəxəssisi, məşqçisi yox, elə sıravi azarkeşin də diqqətini cəlb edər. Meydanda çox şey buraxılır. Futbolçular həvəslə oynamırlar. Necə gəldi oynayırlar. “Neftçi” kimi kluba isə belə şeylər yaraşmaz.
- Bu çatışmazlıqları necə aradan qaldırmağı düşünürsünüz?
- Bilirsiniz, görüləsi işlər çoxdur. Gərək qapıda dayanan şəxsdən, sürücüdən tutmuş hamı işini elə yüksək səviyyədə görsün ki, hər şeyə nail olaq.
- “Neftçi” çempionluğa oynayan komanda olsa da, artıq 4 ildir buna həsrət qalıb. Komandanın ötən mövsüm çıxışı ümumiyyətlə, milli çempionatlarımız tarixində ən uğursuz mövsüm oldu. Sizcə, bu mövsüm çempionluq həsrətinə son qoymaq mümkün ola biləcəkmi?
- Komandanı 5-10 günə düzəltmək mümkün deyil. Buna vaxt lazımdır. “Neftçi”də son illərdə 6-7 baş məşqçi dəyişib. Hər gələn mütəxəssis də öz fikirlərini tətbiq edir, futbolçuların da buna uyğunlaşması üçün vaxt gedir. Çempionatımız da yeni başlayıb. Hamı yaxşı oynamaq, hər komanda nəticə qazanmaq istəyir. Buna nail olmaq üçünsə vaxt vermək lazımdır. Ancaq biz heç kimdən vaxt istəməyib, başımızı aşağı salıb işimizi görəcəyik.

0
0