40 metrlik məsafədən başla qol
05.10.2009 - 11:24
40 metrlik məsafədən başla qol
Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Martin Palermo tarixə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu ölkə çempionatında “Veles Sarsfild”ə qarşı matçda təxminən 40 metrlik məsafədən başla qol vurub. Palermo 73-cü dəqiqədə, hesab 2:2 olarkən fərqlənib.

Bu epizodda “Veles Sarsfild”in qapıçısı kobud səhv buraxıb. O, rəqib komandanın həmləsinin qarşısını almaq üçün irəli çıxaraq, topu mərkəzə doğru vurub. Palermo isə düz başına gələn topu saxlamadan “çərçivə”yə göndərib. Məhz onun qolu sayəsində “Boka Xuniors” 3:2 hesablı qələbə qazanıb.