Çempionatlar tarixinin rekordu yeniləndi
05.10.2009 - 11:30
İspaniya çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Bilbaonun “Atletik” klubunun hücumçusu İker Muniayn ölkəsinin futbol tarixinə düşüb. Klubunun “Valyadolid”lə həftəsonu keçirilən matçının 77-ci dəqiqəsində qol vurmaqla klubuna 1 xal qazandıran (2:2) vunderkind bu qolla rekord müəyyənləşdirib. Belə ki, İspaniya çempionatında ilk dəfə fərqlənən İker həmin gün 16 yaş 289 günlük imiş. Bu isə onun çempionatlar tarixində ən gənc qol müəllifi olmasına kifayət edib.
Qeyd edək ki, indiyədək rekord “Levante”li Xisko Nadala məxsus idi. 2002/03 mövsümündə fərqlənən futbolçu 16 yaş 353 günlüyündə “Vilyarreal”ın qapısına yol tapmışdı.
Qeyd edək ki, indiyədək rekord “Levante”li Xisko Nadala məxsus idi. 2002/03 mövsümündə fərqlənən futbolçu 16 yaş 353 günlüyündə “Vilyarreal”ın qapısına yol tapmışdı.
- Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı
- Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
- “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
0
0