“Xəzər-Lənkəran” Türkiyənin “Kasımpaşa” klubunu məğlub etdi
05.10.2009 - 11:45
“Xəzər-Lənkəran” klubu Türkiyədəki hazırlıq prosesinə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan Lənkəran təmsilçisi Superliqada sonuncu pillədə qərarlaşan “Kasımpaşa” komandasını yoxlama oyununda 2:1 hesabı ilə yenib. Tanınmış mütəxəssis, bir vaxtlar adı “Xəzər-Lənkəran” ətrafında hallanan Yılmaz Vuralın çalışdırdığı kollektivlə görüşdə bolqar hücumçu İvan Svetkov dubl edib.
“Xəzər-Lənkəran”ın oktyabrın 11-dək davam edəcək hazırlıq prosesində növbəti sınaqçı rəqiblərinin adı dəqiqləşib. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu cənub klubu oktyabrın 8-də “Qaziantepspor”la, iki gün sonra isə “İstanbul Böyükşəhər Bələdiyyəsi”ylə qarşılaşacaqlar. Hər iki komanda Türkiyə Superliqasında çıxış edir.

0
0