Yılmaz Vural: “Xəzər-Lənkəran”la oyunumuz çox gözəl alındı
05.10.2009 - 11:56
“Rasim Karanın bir vaxtlar Azərbaycanda çalışdırdığı “Xəzər-Lənkəran” klubu ilə yoldaşlıq oyunumuz çox gözəl alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Yılmaz Vural deyib.
Hazırda Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran”la yoxlama matçı keçirən Superliqanın autsayderinin çalışdırıcısı matçla bağlı fikirlərini açıqlayıb: “Görüş bütün oyunçularımızı sınamaq baxımından sərfəli oldu. Məşqlərdə üzərində çalışdığımız bəzi taktiki gedişləri bu oyunda bir daha sınadıq. Futbolçularımızın əzm və istəyindən çox razı qaldım. Milli komandaların oyunlarına görə yaranan fasilədən maksimum yararlanacağıq. Düşünürəm ki, Antalya toplanışı nəticəsində “Başiktaş”la matça tam hazır olarıq”.
Qeyd edək ki, “Kasımpaşa” – “Xəzər-Lənkəran” oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

0
0