Vaqif Sadıqov son seçimini etdi
05.10.2009 - 14:02
Bu gündən hazırlığı bərpa edən “Neftçi” klubu əcnəbi məşqçilərlə əməkdaşlığı davam etdirəcək. Komandanın yeni baş məşqçisi Vaqif Sadıqov apasport.az saytına açıqlamasında rəhbərlik edəcəyi məşqçilər korpusunda italyan Covanni Melkiorre və serb Neboyşa Manoyloviçin də yer alacağını bildirib.
Cari mövsümdən ölkəmizdə çalışan bu iki əcnəbi mütəxəssis sabiq baş məşqçi Böyükağa Ağayevin dövründə dəvət olunmuşdular. Melkiorre “Neftçi”də fiziki, Manoyloviç isə qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirir: “Onlar komandada qalırlar. Klubla müqavilələri var və buna əsasən fəaliyyətlərini davam etdirəcəklər. Əvvəlki köməkçi məşqçilərdən Arif Əsədov də qalır. Daha bir köməkçim kimi Şakir Qəribovu görmək istəyirəm və ona dəvət göndərmişəm. Yaxşı tanıdığım, uzun illər bir yerdə çalışdığım bu təcrübəli mütəxəssis razılıq verərsə, əməkdaşlığımız rəsmiləşəcək. Komandada görüləsi işlər çoxdur. Hələ ki bu heyətlə işə başlayacağıq. Daha hansısa mütəxəssisin cəlb edilib-edilməməyini iş prosesinin gedişi göstərəcək”.
Qeyd edək ki, “Neftçi”nin məşqçilər korpusunda Sadıqov və Qəribovla birgə oynamış digər veteran futbolçu Səmədağa Şıxlarov da yer alıb. Hələ ötən ildən flaqmanda çalışan veteran hücumçu seleksiyaçı məşqçi funksiyasını yerinə yetirib. Melkiorre isə uzun müddət Georgi Hacı ilə birgə çalışmış, “Qalatasaray” klubunda da onun köməkçisi olub.

0
0