AFFA rəsmisi Belarusda yoxlama aparır
05.10.2009 - 14:41
AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev FİFA-ya hesabat verəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiya rəsmisi bu gündən etibarən Belarus Futbol Federasiyasında marketinq və ümumi iş fəaliyyəti barədə aparılan yoxlanışda iştirak edir. Həmyerlimiz paytaxt Minskdə gerçəkləşək ikigünlük yoxlamanın nəticələri haqda FİFA-ya hesabat verəcək.
Qeyd edək ki, Qarayev 3 ay öncə UEFA-nın Marketinq-Məşvərət Komitəsinə üzv seçilib.
Qeyd edək ki, Qarayev 3 ay öncə UEFA-nın Marketinq-Məşvərət Komitəsinə üzv seçilib.
0
0