Quliyev özünü “Fənərbaxça”nın prezidentinə göstərdi
05.10.2009 - 14:47
Quliyev özünü “Fənərbaxça”nın prezidentinə göstərdi
İyulun 14-dən etibarən “Fənərbaxça” klubunun bazasında təlim-məşq toplanışında olan AFFA-nın “Akademiya” (U-15) komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Təbriz Həsənovun yetirmələri “Fənərbaxça”lı həmyaşıdlarını sınağa çəkiblər.

İstanbul klubunun prezidenti Əziz Yıldırımın da izlədiyi görüş 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində fərqlənən Əmirəli Quliyev özünü “sarı-lacıvərdlilər”in rəhbərinə yaxşı tərəfdən göstərə bilib.