Almaniyalı futbolçu yığmamızla matçda oynadığına görə sevinir
05.10.2009 - 15:02
Almaniyalı futbolçu yığmamızla matçda oynadığına görə sevinir
“Mən ehtiyatda oturanda yox, oynayanda özümü rahat hiss edirəm. Azərbaycanla görüşdə sonadək meydanda oldum”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya milli komandasının müdafiəçisi Hayko Vestermann deyib.

“Şalke” klubunun da şərəfini qoruyan gənc futbolçu üçün sentyabrın 9-da dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla oyun (4:0) əlamətdar olub. O, bütün 90 dəqiqəni meydanda keçirib. İndi isə Vestermann fikrini qarşıdakı matça yönəldib: “Azərbaycanla oyunda olduğu kimi, oktyabrın 10-da Rusiya paytaxtında da meydana çıxacağıma ümid edirəm. Rusları topdan və meydanda sərbəstlikdən məhrum etmək lazımdır. Əgər müdafiə xəttimiz bu vəzifənin öhdəsindən gəlsə, irəli uğur qazanacağımıza şübhəm yoxdur. Dortmunddakı ilk oyun göstərdi ki, ruslara böyük təzyiq göstərəndə, onlar da səhv buraxırlar”.

Qeyd edək ki, Almaniya bir il öncə doğma meydanda Rusiya üzərində 2:1 hesablı qələbə qazanıb.
0