“Foqts gedir, onu mən əvəzləyə bilərəm”
05.10.2009 - 15:13
“Foqts gedir, onu mən əvəzləyə bilərəm”
Salyanın “Muğan” klubunun baş məşqçisi Kemal Alispahiç Azərbaycan milli komandasını çalışdırmaq istəyir. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina mətbuatına müsahibə verən 43 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandada uzun müddət qalmayacağını vurğulayıb.

Berti Foqtsun xələfi olmaq variantının da olduğunu açıqlayan Alispahiç başqa komandalara da keçidini istisna etmir: “Adım Azərbaycan yığmasının baş məşqçi postuna namizədlər sırasında göstərilir. Almaniyalı çalışdırıcı Berti Foqts seçmə mərhələnin ardından postunu tərk edir. Mümkün variantlar kimi mənimlə yanaşı, Sven-Qoran Eriksson, Leo Beenhakker, Yurgen Klinsmann, yerli məşqçilərdən Qurban Qurbanovun adı çəkilir. Adımın bu siyahıda olması mənə olan etimadın əlamətidir. Amma mənim daha güclü yerli klublardan birinə və ya Rusiya təmsilçilərinə keçməyim də mümkündür”.
0