Subaşiçin komandası lideri də məğlub etdi
05.10.2009 - 15:20
Subaşiçin komandası lideri də məğlub etdi
Bu gün Çin çempionatının XXVI turuna start verilib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Çanqçun Yatay” növbəti qələbəsini qazanıb.

Lider “Xenan”la üz-üzə gələn 27 yaşlı hücumçunun komandası minimal hesablı qələbə qazanıb. “Çanqçun Yatay”ın qələbə qolunu 70-ci dəqiqədə Qabriel Melkam vurub. Bu uğurdan sonra hesabındakı xalların sayını 40-a çatdıran milliləşən serbiyalının komandası III pilləyə yüksəlməklə yanaşı, liderlə xal fərqini minimuma endirib. Lakin turun başa çatmayan oyunları komandanın bu mövqeyini dəyişə bilər.

Qeyd edək ki, növbəti oyununu oktyabrın 10-da keçirəcək “Çanqçun Yatay” “Quançjou”nun qonağı olacaq.
0