Hiddink Bakıya səfər öncəsi pivə ilə arağı qatışdırmaq istəyir
05.10.2009 - 15:24
Hiddink Bakıya səfər öncəsi pivə ilə arağı qatışdırmaq istəyir
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Almaniya yığması üzərində qələbəni qeyd etməyin özünəməxsus yolunu tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu şənbə almanlar üzərində qələbə qazanacağı halda, pivə ilə arağın qarışığından ibarət içki içəcək. Hiddinkdən həmin görüşdən sonra alman pivəsi, yoxsa rus arağını içəcəyini soruşublar. O da qələbə qazanacağı təqdirdə, hər iki içki növünü qarışdıracağını bildirir.

Qeyd edək ki, rusları Almaniya ilə oyundan 4 gün Bakıda milli komandamızla sınaq gözləyir. Bundestimi məğlub etməklə qrup qalibi olmaq vəzifəsini böyük ölçüdə həll etmiş olacaq Hiddink hələ Azərbaycanla səfər öncəsi bunu qarışıq içki ilə qeyd etmək fikrindədir. İstənilən halda, Hiddinkin komandasının qrupda hansı yeri tutacağını paytaxtımızdakı görüş müəyyənləşdirəcək.
0