Polis “Xəzər-Lənkəran” – “Muğan” görüşünə görə cəzalandırıldı
05.10.2009 - 15:27
Polis “Xəzər-Lənkəran” – “Muğan” görüşünə görə cəzalandırıldı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, UniBank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan birinciliyinin VI turunun "Xəzər-Lənkəran" - "Muğan" görüşündən sonra hakimlərə qarşı edilmiş qanuna zidd hərəkətlərin qarşısının vaxtında alınmasını təmin etməyən polis işçisi cəzalana bilər.

Bu, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin PFL-ə rəsmi məktubunda əks olunub. Bununla yanaşı məktubda qeyd olunub ki, gələcəkdə belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi məqsədilə aidiyyəti polis orqanlarına göstəriş verilərək icrası nəzarətə götürülüb.

Xatırladaq ki, PFL ötən ay Lənkəranda, həmçinin I Divizion komandaları arasında keçirilən Azərbaycan birinciliyinin III turunun ABN "Bərdə"-"Rəvan" oyunlarında baş vermiş xoşagəlməz hadisələrlə bağlı DİN-ə məktub ünvanlamışdı.
0