Baş məşqçiyə “erotik” dəstək
05.10.2009 - 16:16
Baş məşqçiyə “erotik” dəstək
Dünya çempionatının seçmə qrup mərhələsində çətin vəziyyətlə üzləşən Fransa yığmasının baş məşqçisi Raymon Domenekə dəstək gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcıya erotik filmlərin keçmiş ulduzu, müğənni Katerina Ringer dəstək olub. Onun “Domeneki arzulayıram” mahnısı Fransa gündəmini zəbt edib.

Mahnıda məşqçiyə həsr olunan bu sözlər yer alıb: “Haydı Raymon! Yaraşıqlısan, yaxşısan... Və əgər mənim cərimə meydançama girsən, orada heç bir müdafiəçi olmayacaq”.

Domenek isə Ringerin ifasına belə münasibət bildirib: “Bu mahnını eşidəndə həm qürurlandım, həm də utandım”.
0