FİFA Azərbaycanla Bruneyi tərəzinin eyni gözünə qoymadı
05.10.2009 - 16:24
FİFA Azərbaycanla Bruneyi tərəzinin eyni gözünə qoymadı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Bruneyə sanksiya tətbiq edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bu ölkənin milli komandası və klublarına beynəlxalq turnirlərdə iştirak etməyə qadağa qoyub. Bu, Bruney hökumətinin milli futbol federasiyasının işinə daim müdaxiləsindən sonra baş verib.

Qeyd edək ki, FİFA 2002-2003-cü illərdə Azərbaycanı da analoji olaya cəzalandırıb. Ancaq fərq ondadır ki, həmin vaxt bu cəza yalnız klublara tətbiq edilmiş, milli komandamız çıxışını davam etdirmişdi. Ölkəmizlə Bruneyin yeganə bağlılığı ondadır ki, yığmamızın sabiq futbolçu Ruslan Musayev vaxtilə bu ölkəyə yollansa da, klubla anlaşa bilmədiyi üçün vətənə qayıtmalı olmuşdu.
0