Ölkə çempionatında qətl: azarkeş əmisi oğlunu öldürdü
05.10.2009 - 17:25
Ölkə çempionatında qətl: azarkeş əmisi oğlunu öldürdü
Çili çempionatının növbəti turu çərçivəsində “Kolo-Kolo” və “Universidad de Çili” klubları arasındakı matç iki azarkeşin həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, Santyaqoda törədilən iğtişaşın 200-ə yaxın iştirakçısı polis tərəfindən tutulub.

26 yaşlı azarkeş 20 yaşlı əmisi oğlu tərəfindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib. Onlar Santyaqonun küçələrinin birində dalaşıb və polis qatili həbs edib. Öldürülən ikinci azarkeşin isə 35 yaşı varmış.

Qeyd edək ki, həmin prinsipial görüşdə “Colo-Colo” rəqibi üzərində 1:0 hesabı ilə qalib gəlib.
0