Rusiyalı futbolçular Bakıda hərəyə 100 min avro qazana bilərlər
05.10.2009 - 18:21
Rusiyalı futbolçular Bakıda hərəyə 100 min avro qazana bilərlər
Rusiya milli komandasının futbolçuları Bakıda hərəyə 100 min avro qazana bilərlər. Apasport.az saytının məlumatına görə, bu ölkənin əsas yığmasının 2010-cu il dünya çempionatının final mərhələsinə çıxıb-çıxmamasına oktyabrın 14-də milli komandamızla Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə aydınlıq gələcək.

Həmin oyun cari seçmə mərhələdə hər iki yığma üçün son görüş olacaq. Rusiya millisinin baş məşqçisi Qus Hiddink Almaniyanın məşhur “Bild” nəşrinə açıqlamasında bildirib ki, dünya çempionatına vəsiqəyə görə hər futbolçuya təxminən 100 min avro mükafat veriləcək. Holland mütəxəssis bu məbləğin həmin rəqəmdən az olmasını da istisna etməyib.

Rusları milli komandamızla görüşdən 4 gün əvvəl Moskvada Almaniya ilə qrup qalibi uğrunda mühüm oyun gözləyir. Qrupda 1-ci yeri tutan komanda birbaşa dünya çempionatına, 2-ci pillənin sahibi isə pley-off oyunlarına vəsiqə qazanacaq.
0