Vaqif Sadıqovun “Neftçi”də ilk məşqində kimlər olmayıb?
05.10.2009 - 18:43
Vaqif Sadıqovun “Neftçi”də ilk məşqində kimlər olmayıb?
Bu gün Bakının “Neftçi” klubu yeni baş məşqçisi Vaqif Sadıqovun rəhbərliyi altında ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Sadıqov 4 günlük istirahəti başa vuran futbolçuları saat 17:00-da klubun bazasında bir araya gətirib və elə oradakı meydançada məşq etdirib.

Ancaq “ağ-qaralar” həmin hazırlıq prosesinə tam heyətlə qatıla bilməyib ki, bu da futbolçuların bəzilərinin müxtəlif yığma komandaların düşərgəsində olması ilə bağlıdır. Belə ki, Rail Məlikov, Elmar Baxşıyev, Ruslan Abışov əsas yığmamıza, Eşqin Quliyev, Tural Nərimanov, Elçin Sadıqov U-21-ə, Mirhüseyn Seyidov U-19-a, Dmitri Kruqlovla Taavi Rahn Estoniya, Paulius Qribauskas isə Litva milli komandasına dəvət olunublar.

Qeyd edək ki, “Neftçi”nin növbəti məşqi sabah saat 10:30-da klubun bazasındakı meydançada keçiriləcək.
0