Futbol yığmamız həvəskar komandanı məğlub etdi
05.10.2009 - 23:03
Futbol yığmamız həvəskar komandanı məğlub etdi
Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Türkiyənin həvəskarlardan ibarət 1-ci liqasında çıxış edən «Çolaklıspor» komandası ilə qarşılaşan millimiz Tural İsgəndərov və Orxan Həsənovun vurduğu qollar sayəsində qalib gəlib – 2:0.

Xatırladaq ki, Türkiyədəki toplanış 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə oyunlarına hazırlıq xarakteri daşıyır. Yığmamızın mübarizə aparacağı qrupun oyunları oktyabrın 9-dan 14-dək İsraildə keçiriləcək.
0