Axtyamovun qolları yığmamıza Almaniyada qələbə gətirdi
06.10.2009 - 09:35
Azərbaycan milli komandası yoxlama oyunu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Lixtenşteyn, 14-də Rusiya ilə keçiriləcək oyunlara Almaniyada hazırlaşan yığmamız Frankfurtun “Neu-Usenburq” klubu ilə qarşılaşıb. Berti Foqtsun yetirmələri aşağı dəstə təmsilçisi ilə qarşılaşmada qələbə qazanıb - 2:0. Millimizin heyətində indiyədək qol vurmayan Daniel Axtyamov bu matçda dubla imza atıb.
0
0