Foqts milli komandada bəyəndiyi futbolçuların adlarını açıqladı
06.10.2009 - 09:38
Foqts milli komandada bəyəndiyi futbolçuların adlarını açıqladı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts razı qaldığı futbolçuların adlarını açıqlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 63 yaşlı alman mütəxəssis dünya çempionatının seçmə mərhələsinin oktyabrın 10-da Lixtenşteynlə oyununa hazırlaşan yığmamızda 4 futbolçunu fərqləndirib.

Bunlar müdafiəçilər Ruslan Abışov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), yarımmüdafiəçi Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) və hücumçu Daniel Axtyamovdur (“Simurq”). Foqts Frankfurtda hazırlıq keçən millimizin “Neu-Usenburq” ilə yoxlama oyunundan sonra bu futbolçuların onu qane etdiyini açıqlayıb.

Qeyd edək ki, yığmamızın 2:0 hesabı ilə qalib gəldiyi matçda hər iki qolu Axtyamov vurub.