İqor Semşov: Bakının küçələrində şənlənəcəyik
06.10.2009 - 09:43
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Rusiya yığmasının futbolçuları Bakı küçələrində bayram etmək istəyir. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da Moskvada Almaniya ilə görüşəcək şimallılar qələbəni bayram etməyə tələsmir.
Belə ki, komandanın yarımmüdafiəçisi İqor Semşov dünya çempionatının final mərhələsinə vəsiqənin rəsmiləşəcəyi günü gözləyəcəklərini bildirib. Onun sözlərinə görə, futbolçular məhz oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmadan sonra bayram edəcəklər: “Ümid edirəm ki, biz Bakının mərkəzi küçələrində gəzişib şənlənəcəyik. Lakin azərbaycanlılar haqqında da unutmamalıyıq”.
Semşovun fikrincə, Azərbaycanla oyun Almaniya ilə müqayisədə heç də az əhəmiyyət kəsb etmir: “Almaniya ilə oyunu həlledici saymaq... Mənim üçün həlledici oyun anlayışı yekun nəticənin müəyyənləşdiyi qarşılaşam ilə bağlıdır. Bu isə Azərbaycanla görüşdən sonra aydınlaşacaq”.

0
0