“Hiddinkin yerinə olsaydım, Sıçevi də Bakıya aparardım”
06.10.2009 - 10:32
Tanınmış rusiyalı mütəxəssis Aleksandr Tarxanov milli komandanın baş məşqçisi Qus Hiddinkə Azərbaycanla qarşıdakı görüş haqda məsləhətini bildirib. Apasport.az saytının məlumatına görə, vaxtilə Moskva MOİK-i və “Krılya Sovetov” klublarını çalışdıran Tarxanov hollandiyalı həmkarına Dmitri Sıçevi də Bakıya aparmağı tövsiyə edir.
Moskvanın “Lokomotiv” klubunda çıxış edən, ötən yay Avropa çempionatının bürünc mükafatını qazanan heyətdə yer alan 25 yaşlı bu hücumçu son vaxtlar yığmaya mütəmadi çağırılsa da, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycanla görüşlərə açıqlanan heyətdə yer almadı. Tarxanovun fikrincə, Hiddink son rəsmi oyunlara dəvət göndərdiyi hücumçular arasında Sıçevdə də yer verməli imiş: “Dmitrinin çempionatda oyunu çox xoşuma gəlir. “Lokomotiv”in son uğurlarında onun rolu şübhəsizdir. Bəli, bu hücumçu qollarının çoxunu penalti zərbəsindən vurub. Ancaq siz görərdiniz ki, o, indi hansı istəklə və ağlasığmaz sürətlə oynayır, rəqib müdafiəçiləri hansı gərginlikdə saxlayır. Hiddinkin yerində olsaydım, Sıçevi Almaniya və Azərbaycanla oyunlara çağırardım”.
Qeyd edək ki, Hiddink Sıçevi milli komandamızla bu ilin martın 28-də Moskvadakı görüşə (2:0) çağırsa da, onu ehtiyatda saxlayıb.

0
0