Teatr direktoru federasiya prezidenti oldu
06.10.2009 - 11:21
Gürcüstan Futbol Federasiyasının yeni prezidentinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, federasiyanın son 4 ildə üçüncü dəfə növbədənkənar çağırdığı qurultayda qurum başçısı ilə bağlı seçkilər gerçəkləşib.
Zuqdidinin “Baya” klubunun prezidenti Zviad Siçinava 31 səsdən 29-nu toplamaqla, bu vəzifənin yeni sahibi olub. Nodar Axalkatsinin istefasından sonra boş qalan prezident kürsüsünə sahib çıxan Siçinavanın fəaliyyətinin böyük hissəsi incəsənətlə bağlıdır. O neçə illər yaşadığı Rusiyada yerli teatrlardan birinin direktoru olub. Yeni prezident tanınmış veteranlar Aleksandr Çivadze, Vladimir Qutsayev və yığmanın sabiq kapitanı Georgi Nemsadzeyə qurumda vəzifə verməklə, nüfuzunu artırmaq qərarına gəlib. Belə ki, bu veteranlar federasiyanın yeni vitse-prezidentləri olacaq.

0
0