Berti Foqts: Futbolçulara deməsən, bunu heç hiss etməyəcəklər
06.10.2009 - 11:23
Berti Foqts: Futbolçulara deməsən, bunu heç hiss etməyəcəklər
Rusiya mətbuatı alman mütəxəssislər Berti Foqtsla Yoahim Lövün “Lujniki” stadionu ilə bağlı fikirlərini müqayisə edib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Foqtsun baş məşqçisi olduğu milli komandamızdan sonra Lövün rəhbərlik etdiyi Almaniya yığmasını da Moskvada bu möhtəşəm arenada sınağa çəkəcək.

“Lujniki”nin ot örtüyünün sintetik olması burada oynamalı olan komandaları qayğılandırır. Ancaq martın 28-də 0:2 hesabı ilə uduzan Foqts qazonun vəziyyətindən razı qalıb: “Lujniki”də meydança o dərəcədə yaxşıdır ki, futbolçulara onun süni olduğunu deməsən, onlar bunu heç hiss etməyəcklər”.

Oktyabrın 10-da “Lujniki”də ruslarla həlledici görüşə çıxacaq Löv isə belə qazona uyğunlaşmaq üçün Almaniyanın Maynts şəhərindəki stadionda hazırlıq keçir: “Ola bilsin ki, Moskvadakı meydança dərindir. Ancaq istənilən halda, məhz “Lujniki”də olduğu kimisini tapmaq qeyri-mümkündür. Problem yoxdur, Mayntsdakı qazonu Moskvada etdikləri kimi sulayacağıq. Bunun nəticəsində meydança oyun sürətli olacaq”.
0