Jaba: Bundan sonra Azərbaycanda hər oyunda qol vuracağam
06.10.2009 - 16:01
Jaba: Bundan sonra Azərbaycanda hər oyunda qol vuracağam
“Bakı” klubunun braziliyalı hücumçusu Jaba UniBank Premyer Liqasının bombardiri olmaq iddiasındadır. Apasport.az saytının məlumatına görə, yayda transfer olunan 28 yaşlı futbolçu Türkiyə Superliqasında olduğu kimi, ölkəmizdə də məhsuldar oyun nümayiş etdirmək fikrindədir.

Hələ ki “Bakı”da qol hesabını açmayan Jaba Türkiyə mətbuatına iddialı açıqlama verib: “Azərbaycanda da bundan sonra hər oyunda qol vuracağam. Bülənt Korkmazın gəlişindən sonra məşqlərdə əzmkarcasına çalışırıq. Bundan sonra hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, Jaba Türkiyə Superliqasında “Ankaraspor”, “Ankaragücü” klublarında oynayıb.
0