Vitali Mutko Bakıda qələbədən dəm vurur
06.10.2009 - 16:07
Vitali Mutko Bakıda qələbədən dəm vurur
Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko Azərbaycan yığması ilə səfər oyununda qələbə qazanacaqlarına şübhə etmir. Apasport.az saytının məlumatına görə, RFİ başçısı milli komandasının oktyabrın 10-da Almaniyanı Moskvada yenəcəkləri halda, dünya çempionatının final mərhələsinə birbaşa çıxacaqlarını hesab edir.

Rusları həmin görüşdən 4 gün sonra Bakıda milli komandamızla sınaq gözləyir. Şimal qonşularımız almanları məğlub etsə belə, bu, qrup qalibi olacaqlarına zəmanət vermir. Ancaq Mutkonun açıqlamasından belə qənaətə gəlmək olar ki, o, yığmamızla səfər görüşünü hesaba almır, Bakıdakı oyunda üç xalı artıq cibində sayır: “Əminəm ki, yığmamız Almaniya ilə görüşdə ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək. Bütün ölkə milli komanda ətrafında birləşib. Hiss olunur ki, əla oyun alınacaq. Futbol bayramı yaşanacaq. Bizim yığma son vaxtlar ən yaxşı oyunlarından birini göstərəcək. Əgər almanları məğlub etsək, dünya çempionatına çıxacağıq”.
0