“Bülənt Korkmazın təyinatı ilə komandada böyük dəyişiklər meydana gəldi”
06.10.2009 - 16:10
“Bülənt Korkmazın təyinatı ilə komandada böyük dəyişiklər meydana gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun kapitanı Rafael Əmirbəyov Türkiyə mətbuatına açıqlamasında deyib.
Oktyabrın 1-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanan son ölkə çempionu türkiyəli həmkarlarımızın diqqət mərkəzindədir. Uzun müddətdir “Bakı”nın şərəfini qoruyan, müdafiənin mərkəzində çıxış edən 33 yaşlı Rafael hazırlıq prosesinin gedişindən razıdır: “Antalya toplanışımız səmərəli keçir. Məşqlərdə əzmkarlıqla və intizamla çalışırıq. Hədəflərimiz çempion kimi avrokuboklara qatılmaqdır. Yeni çalışdırıcımız məşqlərdə bizimlə ayrı-ayrı maraqlanaraq, etməli olduğumuz şeyləri anladır”.
Əmirbəyovun yoxluğunda sarğını daşıyan vitse-kapitan Xalidu Sissoko da yüksək əhval-ruhiyyədədir. Seneqallı qapıçı cari mövsümə uğursuz start götürmələrinə baxmayaraq gələcəyə nikbin baxır: “Yaxşı komandamız var. Çempion olmaq istəyirik”.

0
0