Bülənt Korkmaz: Heç kim məndən möcüzə gözləməsin!
06.10.2009 - 16:24
“Bakı” mövsümün əvvəlindən mənim istədiyim sistemdən fərqli hazırlıq keçib. Qarşıda 1 ay vaxt olduğundan komandamızı istədiyim sistemə oturtmağa çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Hazırda Türkiyədə olan paytaxt təmsilçisinin Antalyada gerçəkləşdirdiyi məşqdən sonra çalışdırıcı yerli jurnalistlərin əhatəsinə düşüb. Komandanın hazırlığını yaxından izləyən türkiyəli həmkarlarımız 41 yaşlı mütəxəssisin yeni klubu ilə bağlı fikirlərini öyrənib: “Heç kim məndən möcüzə gözləməsin. Axı sehrli çubuğum yoxdur. Azərbaycanda futbola diqqət və qayğı böyük olsa da, peşəkarlıq bir az aşağı səviyyədədir. Klubumuzda idman direktoru, aşağı yaş qrupları koordinatoru Türkiyədən dəvət olunanlardır. Azərbaycanda gözəl izlər buraxacağımızı düşünürəm”.

0
0