Donadoni “Napoli”dən də qovuldu
06.10.2009 - 16:33
İtaliyanın “Napoli” klubunun baş məşqçisi Roberto Donadoni istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi cari mövsümdə uğursuz startı nəzərə alaraq belə radikal qərar qəbul edib.
Bununla da Donadoninin İtaliya milli komandasında olduğu kimi, “Napoli”də də işi uğursuz alınıb və müqavilə müddətinin başa çatmasından əvvəl qovulub. Neapol təmsilçisi 7 turdan sonra 8 xalla turnir cədvəlində 15-ci yerdə gedir. “Napoli”nin prezidenti Aurelio de Laurentisin səbir kasası ötən bazar keçirilən son turda “Roma” klubu ilə səfər görüşündə məğlubiyyətdən (1:2) sonra daşıb.
Komandanın yeni baş məşqçisi Valter Matsarti təyin olunub. Son iş yeri “Sampdoriya” klubu olan bu mütəxəssis hələ yayda getsə də, müqaviləsini yalnız dünən pozub. Matsartinin “Napoli” ilə müqaviləsi 2011-ci ilə kimi nəzərdə tutulub.

0
0