“Neftçi” yeni məşqçi ilə rəsmi müqavilə imzalayacaq
06.10.2009 - 17:09
Bakının “Neftçi” klubu məşqçi Şakir Qəribovla rəsmi müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, rəhbərliklə ilkin razılığa gələn 53 yaşlı mütəxəssis münasibətlərini yaxın günlərdə rəsmiləşdirəcək.
Artıq komandanın məşq prosesinə qatılan Qəribov yeni çalışdırıcı Vaqif Sadıqovla yenidən çiyin-çiyinə çalışır. UniBank Premyer Liqasının növbəti turu çərçivəsində Ağdamın “Qarabağ” klubu ilə səfər oyununa hazırlığı davam etdirən “Neftçi” bugünkü məşqini əvvəl klubun idman zalında, ardından isə bazadakı meydançada keçib. İtalyan mütəxəssis Covanni Melkiorre Sadıqovun rəhbərliyi altında futbolçuları fiziki sınağa çəkib.
Qeyd edək ki, Qəribov 38 yaşlı İqor Getmanın gedişindən sonra vakant qalan posta dəvət olunub.

0
0