Hiddink kimə güvənir?
06.10.2009 - 17:47
“Almaniya və Azərbaycanla oyunlara dəvət etdiyim futbolçuların bacarığına bel bağlayıram. Hesab edirəm ki, hazırkı heyətimiz Moskva və Bakıdakı görüşlərdə müsbət nəticənin əldə edilməsini təmin edə bilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində son rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Cari seçmə mərhələdə son görüşlərə döyüşkən heyətlə çıxacaq təcrübəli holland mütəxəssisin itkiləri də var. Ancaq Hiddink bu və ya digər futbolçunun yoxluğuna görə təəssüflənmir: “Ümid edirəm ki, hazırda sərəncamımda olanlar lazımı nəticə əldə edə biləcək. Arşavinin tam bərpa olunması, “Arsenal”da uğurlu çıxışı, Jirkovun yenidən sıraya dönməsi və axır ki “Çelsi”də oynaması sevindiricidir. İtkilərdən danışarkən ilk ağla gələn Kolodindir. O, yaxşı fiziki formada olanda böyük fayda vermək bacarığındadır. Avropa çempionatında buna yaxşı əmin olmaq mümkün idi. Ancaq siz gözəl bilirsiniz ki, mən heç vaxt bu və ya digər futbolçunun yoxluğuna görə ağlamıram. Bu, mənə uyğun deyil”.
Rusiya Futbol İttifaqı ilə bağladığı müqavilənin müddəti cari seçmə mərhələnin sonunda bitən Hiddink Bakıdakı görüş öncəsi yeni anlaşma haqda düşünmür: “Mənə elə gəlir ki, indi bu məsələ elə də vacib deyil. Bütün diqqətimiz Almaniya və Azərbaycanla qarşıdakı oyunlara yönəltmişəm. Digər şeylər məni fikrimdən yayındırmır. Gələcəyim haqda indi danışmağa hazır deyiləm”.
Qeyd edək ki, ruslar Almaniya ilə oktyabrın 10-da ev, milli komandamızla bundan 4 gün sonra səfərdə görüşəcək.

0
0