Sevgilisinə 340 min manatlıq avtomobil alan futbolçu kimdir?
06.10.2009 - 18:23
Sevgilisinə 340 min manatlıq avtomobil alan futbolçu kimdir?
Yəqin ki, Cessika Lauyer 24 yaşının tamam olduğu günü uzun müddət yadından çıxarmayacaq. Məsələ burasındadır ki, Cessika məhz bu əlamətdar hadisə ilə bağlı sevgilisi, “Mançester Yunayted” klubunun futbolçusu Stiven Ayrlanddan möhtəşəm hədiyyə alıb. Söhbət gül dəstəsi, yaxud şokoladdan getmir. 23 yaşlı yarımmüdafiəçi sarışın xanıma 264 min funt-sterlinq (təxminən 340 min manat) “Bentli” markalı avtomobil alıb. Stiven maşının pulunun 70 min funt-sterlinqini bəri başdan verib. Qalan məbləği isə futbolçu hissə-hissə ödəyəcək. Ağ-qırmızı rəngli “Bentli”nin qabaq oturacağına ingiliscə “Stivendən Cessiyə sevgilərlə” sözləri yazılıb.