Azərbaycan milli komandası üçün çernoqoriyalı
07.10.2009 - 11:00
Azərbaycan milli komandası üçün çernoqoriyalı
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə səfər oyununu çernoqoriyalı hakimlər idarə edəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da Vaduts şəhərində keçiriləcək görüşün baş hakimi Pavle Radovanoviç təyin olunub. Ona həmyerliləri Draqan Vuyoviç, Deyan Sakoviç və Yovan Kaludjeroviç kömək edəcək.

Qeyd edək ki, əsas yığmamızın oyunlarına ilk dəfə çernoqoriyalı hakimlər təyinat alır. 34 yaşlı Radovanoviç 2008-ci ildən FİFA referisi dərəcəsini daşıyır. Lixtenşteyn – Azərbaycan görüşündə ehtiyat hakim funksiyasını yerinə yetirəcək 32 yaşlı Kaludjeroviç də ötən ildən FİFA hakimidir. 30 yaşlı Vuyoviçlə 40 yaşlı Sakoviç 2007-ci ildə FİFA hakim-köməkçisi dərəcəsini alıb.