Azərbaycan – Avstriya oyununa pulsuz giriş
07.10.2009 - 11:04
Azərbaycan milli komandasının oyununa giriş pulsuz olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan - Avstriya matçına bilet satışı təşkil edilməyəcək. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya girişin pulsuz olmasına qərar verilib. Bu matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, U-21 Belarusa qarşı keçirdiyi ilk ev matçında da stadiona giriş sərbəst idi.
Qeyd edək ki, U-21 Belarusa qarşı keçirdiyi ilk ev matçında da stadiona giriş sərbəst idi.
0
0