Bakıya gələcək futbolçuları xanımlarından ayırdılar
07.10.2009 - 11:17
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Azərbaycan milli komandasının qonağı olacaq Rusiya yığmasının futbolçularını həyat yoldaşlarından ayırıblar. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasında keçiriləcək mötəbər turnirə çıxmağa iddialı olan şimal qonşularımızın taleyi Almaniya ilə oktyabrın 10-da Moskvadakı və bundan 4 gün sonra milli komandamızla Bakıdakı oyundan asılıdır. Dəvət etdiyi bütün futbolçuların həmin vacib oyunlara köklənməsini istəyən Rusiya yığmasının baş məşqçisi Qus Hiddink onları xanımlarından ayrı salıb. Bununla da rus futbolçular bir müddətdə hoteldə həyat yoldaşlarından ayrı gecələməli olacaqlar. Belə getsə, Hiddink yetirmələrini Bakıda da xanımlarından ayrı qoyacaq.
0
0