Roberto Karlos “Real”da havayı oynamaq istəyir
07.10.2009 - 11:23
Roberto Karlos “Real”da havayı oynamaq istəyir
“Fənərbaxça”nın braziliyalı müdafiəçisi Roberto Karlos Madrid “Real”ına qayıdır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu oktyabrın sonunda müqaviləsi bitdiyi üçün İstanbul təmsilçisində qalmayacağını bəyan edib. Karyerasını vətənində bitirmək istəyən Karlos buna qədər “Kral klubu”nda, özü də havayı oynamağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, “Fənər”ə gələnədək 11 il (1996-2007-ci illər) “Real”da oynayan Roberto 584 oyunda meydana çıxıb və 71 qol vurub. Sol cinah müdafiəçisi Madrid təmsilçisinin heyətində dörd dəfə İspaniya çempionluğu, üç dəfə Çempionlar Liqası, iki dəfə Qitələrarası Kuboku və bir dəfə UEFA Superkubokunu qazanıb.