Meydan sahiblərinin qənimi Azərbaycan üçün nə edəcək?
07.10.2009 - 12:26
Dünya çempionatının seçmə mərhələsinin oktyabrın 10-da keçiriləcək Lixtenşteyn – Azərbaycan matçının baş hakimi Pavle Radovanoviç meydan sahiblərinin qənimi kimi ad çıxarıb. Apasport.az saytının məlumatına görə, ötən ilin ilk günündən FİFA referisi adını daşıyan çernoqoriyalı hakim beynəlxalq miqyasda qonaq komandaların uğuruna daha çox şahid olub.
Avqustun 21-də 34 yaşını qeyd edən Pavle ilk belə qarşılaşmasına qonşu Gürcüstanda çıxıb. İntertoto kubokunun ötən il iyunun 28-də keçirilmiş “Lokomotiv” – “Etzella” matçında lüksemburqluların Tiflisdən (2:2) heç-heçə ilə dönməsinin səbəbkarlarından biri də hakim olub. Belə ki, o elə ilk matçında meydan sahiblərinin qapısına penalti təyin etməyə cəsarət tapıb. Sonradan U-21-lərin və U-17-lərin hər birinin qitə birinciliyinin seçmə mərhələlərində 2, Avropa Liqasının təsnifat mərhələsində də eyni sayda matç idarə etməklə, beynəlxalq görüşlərinin ümumi sayını 7-yə çatdırıb. Vadutsdakı görüş onun əsas yığmaların iştirakı ilə keçirilən seçmə oyunlardakı debüt oyunu olacaq.
Həmin 7 oyundan yalnız 1-də meydan sahibləri qələbə qazanıb. Bu “Valletta” (Malta) – “Keflavik” (İslandiya) görüşündə qeydə alınıb – 3:0. Qeyd etdiyimiz debüt matçında isə “Lokomotiv” qonaqlara uduzmamışdı. Digər 5 matçda isə qonaqlar Radovanoviçin əlini sevinclə sıxa bilib. Bu komandalardan üçü 2:0, biri 2:1, biri isə 6:1 hesablı qələbə qazanıb. Bir sözlə, çernoqoriyalının idarə etdiyi qarşılaşmaların ümumi top fərqi 7:23-dür. Bu matçlarda 26 sarı və 1 qırmızı vərəqə göstərən Radovanoviç özünü meydan sahiblərinin dostu kimi qələmə vermək istəyib. Çünki bu vərəqələrdən yalnız 12-si (hamısı sarı) doğma divarlar arasında oynayanlara göstərilib. Vərəqələrlə bağlı nisbət penaltilər sayında tam əks tərəfə yönəlib. Pavle 7 qarşılaşmada 4 dəfə 11 metrlik nöqtəni göstərib ki, hər dəfə də cəzalanan meydan sahibləri olub. Bu zərbələrin biri hakimin beynəlxalq arenadakı debüt matçına, digərləri isə 0:2 hesabı ilə nəticələnən görüşlərə təsadüf edib.
Yeri gəlmişkən, Radovanoviçin idarə etdiyi oyunlardan biri Azərbaycan komandasının iştirakı ilə olub. Bu, ölkəmizin 21 yaşadək futbolçulardan ibarət yığmasının oyununa təsadüf edib. Ötən il martın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda İtaliya ilə keçirilən həmin matç da qonaqların iki cavabsız qol vurduğu və penalti qazandığı görüşlər siyahısında yer alıb. Cüzeppe Rossinin iki qol vurduğu matçın iştirakçılarından 6-sı indi əsas komandada çernoqoriyalı ilə üz-üzə gələcək. Ötən ilki qarşılaşmada 90 dəqiqə meydanda olan Vaqif Cavadov, Ruslan Abışov, Elvin Məmmədov, Maksim Medvedev, Rahid Əmirquliyev, həmçinin son 30 dəqiqədə mübarizə aparan Vüqar Nadirov yenə Pavlenin “sözünə qulaq asmalı olacaq”. Abışov artıq bir dəfə çernoqoriyalını əsəbiləşdirməyə nail olub. O ötən ilki qarşılaşmada komandamızın aldığı 2 sarı vərəqədən birinin müəllifidir. Radovanoviçin cəzalandırdığı digər oyunçu isə Tagim Novruzov idi.
Qeyd edək ki, Radovanoviç UEFA-nın IV kateqoriyalı hakimləri sırasında yer alır.

0
0