Səfir Azərbaycan bayrağının Türkiyə - Ermənistan görüşünə buraxılacağına inanır
07.10.2009 - 15:37
Oktyabrın 14-də Bursa şəhərində keçiriləcək Türkiyə - Ermənistan matçında stadiona Azərbaycan bayrağının keçirilməsi qadağan edilib. Bundan başqa, stadionda siyasi şüarlar və plakatların asılmasına da yol verilməyəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan da qarşılaşmada olacağından, Bursada polis gücləndirilmiş rejimdə çalışacaq.
Məlumata görə, Türkiyə prezidenti Abdulla Gül Bursa şəhər rəhbərliyi ilə görüşərək “yaxşı bir qonaqpərvərlik” nümunəsi göstərməyi və təxribatların önlənməsi üçün tapşırıq verib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç stadiona Azərbaycan bayrağının buraxılmayacağı barədə məlumatlara münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, bu xəbərlərin həqiqətə uyğun olmadığını deyən səfir oyun zamanı həm Türkiyə, həm də Azərbaycan bayrağının stadionda yer alacağına inandığını söyləyib: “Mən buna heç bir əngəl görmürəm. Amma xüsusi qeyd etmək istəyirəm ki, bu, futbol matçıdır və orada heç bir siyasi məsələ yoxdur. Bu futboldur, burada siyasi nə isə olmaz, gözlənilməz. Siyasət başqa yerdə olur”.
Səfir onu da bildirib ki, ölkəsi Azərbaycanı həmişə dəstəkləyib və Azərbaycan bayrağı ilə Türkiyə bayrağının bir yerdə dalğalanmasında heç bir problem yoxdur.

0
0